Cəlairi
Bağdadın fəthindən sonra İlqa noyon Cəlair və nəvəsi Qarabuğa Cəlair Bağdadın yenidənqurması ilə məşğul olurdular. İlqa noyon 1263-cü ildə Qızıl Ordaya qarşı yürüşdə iştirak etmişdi. 1282-ci ildə Əhməd Təkudarın hakimiyyətə gəlməsini ilk dəstəkləyənlər İlqa noyonun oğlu Şiktur noyon və qardaşı Oğulay Qorçu Cəlairin oğlu Buğa noyon idi. Daha sonra Şiktur Noyon və qardaşı Ağbuğa noyon Əhmədin, Buğa noyon və qardaşı Arıq noyon isə Arqunun tərəfinə keçdilər. Mübarizədən Arqun və Buğa noyon qalib ayrıldı, lakin Buğa hakimiyyəti tək ələ almaq istədiyi üçün oğulları Abaçı, Malik, Tərxan Teymur və Qutluq Teymur 1289-cu ildə edam edildi.
1265-ci ildə İlqa noyonun digər oğlu Tüqu noyon Rum əyalətində bitikçi kimi çalışırdı. 1277-ci ildə Baybars tərəfindən öldürülmüşdü.
Digər bir qardaş Ağbuğa noyon isə Keyxatunun tərəfdarı idi. Öz qardaşı Toğan noyonu belə Keyxatuya tabe olmadığı üçün edam etmişdi.