Fatmeyi-Zəhra
Fatimeyi Zəhra (ərəbcə: السيدة فاطمة الزهراء عليها السلام) kimi məşhur olan (Besətin 5-ci ili- h.q 11-ci il ) həzrət Fatimə (ə) İslam Peyğəmbəri (s) və həzrət Xədicənin (ə) qızı, İmam Əlinin (ə) həyat yoldaşıdır. O, on iki imamçı şiələrin məsum hesab etdiyi Ali-Əbanın (Əba əhlinin) beş nəfərindən biridir. Şiələin ikinci və üçüncü imamı, Zeynəb və Ümmi Gülsüm onun övladlarıdırlar. Zəhra, Bətul, Səyyidətu-nisail-aləmin (hər iki dünyada xanımların ən üstünü) onun ləqəblərindən, Ummu-Əbiha (atasının anası) onun ən məşhur künyəsidir. Həzrət Fatimə (ə) Peyğəmbərin (s) Nəcran məsihiləri ilə mübahiləyə getdiyi gün həzrətin (s) yanında olan yeganə xanımdır.