Bağdadın fəthindən sonra İlqa noyon Cəlair və nəvəsi Qarabuğa Cəlair Bağdadın yenidənqurması ilə məşğul olurdular. İlqa noyon 1263-cü ildə Qızıl Ordaya qarşı yürüşdə iştirak etmişdi. 1282-ci ildə Əhməd Təkudarın hakimiyyətə gəlməsini ilk dəstəkləyənlər İlqa noyonun oğlu Şiktur noyon və qardaşı Oğulay Qorçu Cəlairin oğlu Buğa noyon idi. Daha sonra Şiktur Noyon və qardaşı Ağbuğa noyon Əhmədin, Buğa noyon və qardaşı Arıq noyon isə Arqunun tərəfinə keçdilər. Mübarizədən Arqun və Buğa noyon qalib ayrıldı, lakin Buğa hakimiyyəti tək ələ almaq istədiyi üçün oğulları Abaçı, Malik, Tərxan Teymur və Qutluq Teymur 1289-cu ildə edam edildi. 1265-ci ildə İlqa noyonun digər oğlu Tüqu noyon Rum əyalətində bitikçi kimi çalışırdı. 1277-ci ildə Baybars tərəfindən öldürülmüşdü. Digər bir qardaş Ağbuğa noyon isə Keyxatunun tərəfdarı idi. Öz qardaşı Toğan noyonu belə Keyxatuya tabe olmadığı üçün edam etmişdi.;
Fatimeyi Zəhra (ərəbcə: السيدة فاطمة الزهراء عليها السلام) kimi məşhur olan (Besətin 5-ci ili- h.q 11-ci il ) həzrət Fatimə (ə) İslam Peyğəmbəri (s) və həzrət Xədicənin (ə) qızı, İmam Əlinin (ə) həyat yoldaşıdır. O, on iki imamçı şiələrin məsum hesab etdiyi Ali-Əbanın (Əba əhlinin) beş nəfərindən biridir. Şiələin ikinci və üçüncü imamı, Zeynəb və Ümmi Gülsüm onun övladlarıdırlar. Zəhra, Bətul, Səyyidətu-nisail-aləmin (hər iki dünyada xanımların ən üstünü) onun ləqəblərindən, Ummu-Əbiha (atasının anası) onun ən məşhur künyəsidir. Həzrət Fatimə (ə) Peyğəmbərin (s) Nəcran məsihiləri ilə mübahiləyə getdiyi gün həzrətin (s) yanında olan yeganə xanımdır.;
Hicri-qəməri təqvimi (ərəbcə: التاريخ الهجري) Ayın Yer ətrafında dövr etməsinə əsasən hesablanır. Müsəlmanlar dini ayinlərini və əlamətdar günlərini ona müvafiq şəkildə icra edirlər. Hicri-qəməri təqviminin başlanğıcı islam peyğəmbərinin (s) miladi təqvimi ilə 622-ci ildə Məkkədən Mədinəyə hicrətindən götürülmüşdür. Məşhur nəzərə görə, hicri-qəməri təqvimi Ömər İbn Xəttabın xilafəti dövründə İmam Əlinin (ə) təşəbbüsü ilə müsəlmanların rəsmi təqvimi kimi qəbul edilmişdir. Hicri-qəməri təqvimi 354 və ya 355 gündən ibarətdir və günəş və ya miladi təqvimindən on gün və yaxud on bir gün azdır. Məlum təqvim məhərrəm ayı ilə başlayır və zilhiccə ayı ilə sona çatır. Bəzi rəvayətlərə görə, hicri-qəməri təqviminin ilk ayı ramazan ayıdır və buna görə də bir sıra dua kitablarında qəməri təqviminin əməlləri ramazan ayının əməlləri ilə başlamış və şaban ayı ilə sona yetmişdir. Hicri-qəməri təqvimi ilə yeddinci əsrdə yaşamış görkəmli şiə muhəddisi Seyyid ibn Tavus ehtimal vermişdir ki, ramazan ayı ibadət ilinin, məhərrəm ayı isə əlamətdar hadisələr ilinin başlanğıcıdır. Hicri-qəməri təqvimi aylarının adları və ardıcıllığı: məhərrəm, səfər, rəbiül-əvvəl, rəbiül-axir, cəmadiul-əvvəl, cəmadiul-axir, rəcəb, şaban, ramazan, şəvval, zilqədə, zilhiccə.;
ZİHGİR" qədim zamanlarda baş barmağa taxılan və bu gün də istifadə olunmağa davam edən oxçu üzüyüdür. "Zihgir üzüyü", "Oxatan üzüyü" və "Baş barmaq üzüyü" kimi də tanınan üzük, sağ əlin baş barmağına taxılır. Yayın oxu daha uzağa atmasına kömək edən Zihgir halqası, baş barmağının zədələnməməsi üçün istifadə olunub. Tarixdə güc və cəsarəti simvolizə edir.;
Hədislərimiz buyurur ki, Kərbəla - həmçinin bir qissədir ki, Allah onda Nuha (ə) və ona iman gətirənlərə nicat vermişdir. "Və Nuhu - onun bundan öncə (bu peyğəmbərlərdən qabaq Öz Allahını) səslədiyi zamanı (yada sal)! Biz onun duasını qəbul etdik, onu və (zövcəsi ilə bir oğlundan başqa bütün) ailəsini o böyük qəmdən (qövmünün küfr və nankorluğundan və doqquz yüz ildən artıq bir dəvətin nəticəsizliyindən) qurtardıq". ("Ənbiya" 76).;
Avrasiyada bir çox fərqli mədəniyyətin qəbul etdiyi tarixi bir simvoldur. Hal-hazırda isə müəyyən dövlətlərin rəsmi bayrağında və bir çox ölkələrdə bəzi şəhərlərin və bəzi təşkilatların emblem və gerblərində hələ də ikibaşlı qartal motivi mövcuddur. Qoruma və hökmranlıq simvolu və pis qüvvələrdən qoruyucu kimi istifadə edilmişdir.;
Məkkə (مكة) — Səudiyyə Ərəbistanında bir şəhər. Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşmışdır. Ərəb dilində Mərkəz mənasını daşıyan şəhər Ummul Qura, Beyt ul-Əmin, Bəkkə kimi də qeyd olunur. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Qurani Kərimdə Allah Təlanın evi adlandırılan Kəbə İbrahim peyğəmbər tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua edən müsəlmanlar üzlərini məhz Qibləyə yəni Məkkə şəhərində yerləşən Kəbə evinə (Bəkkə) tərəf tuturlar.;
Ox — Yay vasitəsilə atılan ucu sivri və ya ucuna dəmir metal bərkidilmiş silah növü. Ox qədim zamanlardan bəri heyvanların ovlanmasında istifadə edilmişdir. İbtidai-icma quruluşunun Mezolit dövründə ixtira edilən ox və kaman insanların heyvanları ovlamaq üsullarını xeyli sadələşdirmişdir. Orta əsrlərdə oxdan daha çox müharibələrdə istifadə olunurdu. Döyüşdən əvvəl oxçu dəstələrin hər biri qarşı tərəfə 2 və ya 3 ox atırdılar.;
Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gön Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır.;
Zülfüqar ərəb sözü olub "fəqərələr sahibi" mənasını ifadə edir. Fəqərə özü onurğa mənasındadır. Bu adın qılınca onun arxasında nahamar və hamar cızıqların olduğu üçün verildiyi nəql olunur. Çoxlu belə düşünülür ki zülfüqarın iki baş və bleydi varmış, amma Deyxudanın dediyinə görə "bu fikir əsas qılınc deyil." fəqət İbni Şəhr Aşub Mənaqib kitabında zülfüqarı iki başlı zikr edib. Bəzi mənbələrdə, bu qılınc kiçik dekorativ bezellər uzun və dar çuxurlarla dəstədən qılıncın ucuna qədər çəkilən iki bleydli qılınc kimi tanıdılıb. habelə İmam Sadiqdən gələn bir hədisə görə qılınca zülfüqar adı verilməsinin nədəni onun Onurğaya oxşamağındandır. Biharül Ənvarda Gələn İmam Baqirdən nəql olunan bir başqa hədisdə belə deyilir:"Niyə ki Əli Zülfüqar qılıncı ilə heç kimə vurmadı məgər bu ki onu bu dünyada ev-uşaqından və axirətdə cənnətdən uzaq salmışdır.;