EŞQ | عشق
Əzizim, darıxmışam, çox darıxmışam. Səsin üçün, danışığın üçün, gözlərin və baxışların üçün, bütün sıxıntılarımı boğan o təbəssümün üçün, məni məst edən nəfəsinin ətri üçün, yerişini izləmək üçün darıxmışam, Sənin üçün çox darıxmışam ...
Yalan deməyəcəm Sənə: yemək də yeyirəm, suyumu da içirəm, tanışlar çağıran zaman, gedib onlarla otururam, danışırıq, istirahət edirik, əylənirik, gülürük ...
Ad günlərə də gedirəm, xeyir işlərə də gedirəm, ara-sıra şəhərə çıxıb gəzirəm, sevdiyim yeməkləri yeyirəm, kofemi də içirəm. Kənardan baxsan, zənn edərsən ki, unutmuşam, vecimə deyil, yaşayıram. Amma belə deyil.
İçim qəm-qüssə ilə, kədərlə doludur. Sən yoxsan, hər şey daha da çətinləşib. Gözlərim Səni görmür, ayaqlarım məni Sənə gətirmir, qulaqlarım səsini eşitmir, əllərim Sənə toxuna bilmir, nəfəsin nəfəsimə dəymir. Ruhum da, bədənim də yorğundur. Gücüm, ümidim Sən idin ...
Mən axı Səni həm dünya, həm də axirət yoldaşı seçmişdim. Bilirəm ki, Allah belə halda olmağımı istəmir, Allah da mənə görə narahatdır, Onu da o qədər işinin ortasında özümlə məşğul edirəm. Bağışla İlahi məni, amma nə edim?! Axı ayrılıq acıdır.
Əzizim, gəl barışaq, gəl bir daha yenidən başlayaq 💜