EŞQİ-Dərya (عشق) 🖤
Halvalarım şirinləşib, sularım da sərinləşib ...
Qəribədir, axı nədən
Qüssəsi, dərdi üzündən,
Hər gün ölümün diləyən,
Həyatımdan bezikən mən,
Səni tanıyandan bəri
Daha heç ölməyim gəlmir ...?!
Səndə elə xoşbəxtəm ki,
Vallah min il keçsə belə
Özümə "gəlməyim" gəlmir ...
Yalvarıram
Qoyma qayıdım geriyə,
Dönüm həmənki sürüyə ...
Qapınızda yatım, qalım,
İstərsən lap döy, vur məni.
Geri dönə bilməməkçün
Küçənizdə azdır məni ...
Axı neynəyim mən yazıq?
Belə şip-şirin röyanı
Yarıda bölməyim gəlmir.
Səndə elə xoşbəxtəm ki,
Səni tərk edib, getməyim,
Özümə "gəlməyim" gəlmir …