Bu Da Keçər Ya Hu ❤
Mövlana Cəlaləddin Rumi (bir hissəsi) 🤍
Dərdin nə olursa olsun, bir dəstəmaz al ...
Və bir səccadə sər otağının bir küncündə, otur və ağla ...
İstəsən, danışma.
O, səni və dərdlərini səndən daha yaxşı bilir, unutma.
Dua edərkən, O'na "sınıq qəlblə" əl qaldır.
Çünki Allah'ın mərhəməti və lütfü (ehsanı), qəlbi sınıq İnsana tərəf uçar.
Xalça'nı vuranın məqsədi xalçanı döymək deyil, tozunu təmizləməkdir.
Allah tozunu təmizləyirsə, niyə üzülürsən, ey can?
"Dərdim var" deyirsən ...
"Dərd" insanı Haqqa aparan yoldaşdır, sən bunu bilmirsən.
Düşünmə ki, "dərd" ancaq səndə var ...
Bunu bil ki, səndə olan dərdi nemət bilənlər var.
İnsanlar sənin qəlbini qırmışsa, Üzülmə!
Rəhman, "Mən sınıq qəlblərdəyəm" buyurmadı mı?
O halda niyə üzülürsən ey can?
Ayağın qırıldı diyə, Üzülmə!
Allah səndən aldığı ayaq yerinə, bəlkə sənə qanad verəcək.
Quyunun dibinə düşdünsə, Üzülmə!
Yusif quyudan çıxdı da Misir'ə sultan oldu, Unutma!
İstədiyin bir şey olursa bir xeyir,
Olmazsa min xeyir axtar!